Bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, mərasim Maqsud İbrahimbəyovun yaşadığı evdə keçirilib.
Nazir Əbülfəs Qarayev Maqsud İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. O, M.İbrahibəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib. Həmçinin, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılıb.
Maqsud İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Xatırladaq ki, Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə 7 may 2015-ci il tarixində “Şərəf” ordeninə layiq görülüb.