Mustafa 72 yaşını qeyd edir

Mustafa 72 yaşını qeyd edir backend

Heç vaxt hədiyyə həvəskarı olmamışam. Bu sözləri bu gün 72 yaşını qeyd edən xalq artisti Hacı İsmayılov doğum gününü necə keçirəcəyi haqda Axar.az-a danışarkən deyib. O, ad günündə də iş başında olacağını bildirib:


“Düşünürdüm ki, 72 yaşı təmtəraqlı şəkildə qeyd edim, amma işlər imkan vermədi. Bu gün saat 5-ə kimi Teatr Xadimləri İttifaqında olacağam, sonra da Akademik Milli Dram Teatrında “Qürbətdən gələn məktub” tamaşasında oynayacağam.

Ancaq axşam saat 10-dan sonra yəqin ki, ad günümü qeyd etməyə vaxtım olacaq. Heç kimdən xüsusi hədiyyə gözləmirəm. Çünki hədiyyələrə elə də həvəsli deyiləm. Amma doğmalarımdan aldığım təbriklər mənə çox xoşdur”.

Qeyd edək ki, xalq artisti Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda anadan olub. O, “Ad günü”, “Həm ziyarət, həm ticarət” (Mustafa), “Bəyin oğurlanması” (Tağı) kimi filmlərdə yaratdığı obrazlarla daha çox məşhurdur.
Diaspora