Tanınmış fotoqraf Rəsul Rəhimov çəkdiyi şəkil növbəti dəfə xarici mətbuatda yayımlanıb. Lent.az-ın məlumatına görə, R. Rəhimovun Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı çəkdiyi foto İngiltərənin “Huffington Post” saytında günün fotoları arasında nümayiş olunub.
Xatırladaq ki, bu, Rəsul Rəhimovun ilk uğuru deyil. Bundan əvvəl, “Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda keçirilən möhtəşəm şouda Rəsul Rəhimovun çəkdiyi Qız qalası fotosu İngiltərədə nəşr olunan “Huffington Post” qəzetində dərc olunmuşdu.Bir çox beynəlxalq mükafatların laureatı olan Rəsul Rəhimov “Anadolu” agentliyi Bakı ofisinin əməkdaşıdır.