Teatrın sökülən binasında son tamaşa olacaq

Teatrın sökülən binasında son tamaşa olacaq backend

Bu gün Dövlət YUĞ Teatrında M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşasının nümayişi olacaq. QAZİLER.AZ-ın məlumatına görə, səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Tamaşa M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə “Naməlum Axundzadə” teatr layihəsi çərçivəçində səhnələşdirilib.


"Naməlum Axundzadə" ədibin irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini işıqlandırır. Tamaşa esxatoloji komediya janrındadır. Əsas rolları əməkdar artistlər Fərhad İsrafilov, Məmməd Səfa, Sonaxanım Mikayilova, Gülzar Qurbanova, Vidadi Həsənov, aktyorlar Yaqut Paşazadə, Zümrüd Bəxtiyar, Zərtac Quliyeva ifa edir. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri ƏR Toğrul və Aytən Məmmədovadır.

Tamaşa saat 19.00-da başlayacaq.
Diaspora