Məşhur fransız yazıçısı Mişel Turnye 92 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib. Fransız ədəbiyyatının klassiki sayılan M.Turnye Şuazel şəhərində dünyasını dəyişib.
Mişel Turnye 1924-cü ildə Parisdə dünyaya gəlib. O, “Radio France” və “Europe 1”-də uzun müddət jurnalist işləyib. Eyni zamanda, alman dilindən bədii tərcümələr edib.M.Turnyenin ilk romanı 1967-ci ildə işıq üzü görüb. Onun 1970-ci ildə nəşr etdiyi məşhur “Meşə hökmdarı” əsəri isə Qonkur mükafatına layiq görülüb.