Qanlı yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Bakı Uşaq Teatrında “Vətən” tamaşası nümayiş olunub. Lent.az-ın məlumatına görə, səhnə əsəri dövlət himnimizə və bayrağımıza həsr olunub. Tamaşanın ideya müəllifi İntiqam Soltandır.
“Vətən”in quruluşçu rejissoru İ. Soltan və Ayşad Məmmədovdur. Tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə edilib. Səhnə əsərində Azərbaycan Bayrağının yaranması, Vətənin keçdiyi keşməkeşli tarixi yol öz əksini tapıb.Tamaşada aktyorlar Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov Azərbaycan bayrağının rənglərin canlandırır.