“Şəhərin baş planına əsasən, küçələrin genişləndirilməsi ilə bağlı olaraq "Yuğ" teatrının yerləşdiyi küçə də daxil olmaqla bəzi küçələrdə binaların sökülməsi məsələsi gündəmdə var idi. Anma "Yuğ" teatrının nə zaman sökülməsi və hara yerləşdirilməsi barədə bizə heç bir rəsmi məlumat verilməyib, belə göstəriş gəlməyib”.
Bunu Lent.az-a açıqlamasında teatrın mətbuat katibi Könül Cəfərova bildirib. O, hazırda teatrın binasında olduqlarını və fəaliyyətlərini davam etdirdiklərini deyib: “Bir il bundan əvvəl də teatra gəlib-gedənlər olub, ölçüb-biçiblər. Amma bizə rəsmi olaraq “köçəcəksiniz” deyən olmayıb. Əgər belə hal baş versə, ona uyğun davranılacaq və bizə verilən yerdə fəaliyyət göstərəcəyik. Biz də Mədəniyyət və Turzim Nazirliyinin rəsmi məlumatını gözləyirik”.Xatırladaq ki, "Yuğ" Teatrının yerləşdiyi Murtuza Muxtarov 83 ünvanında yerləşən tarixi binanın sökülməsi ilə bağlı xəbərlər yayılıb.