Məşhur türk müğənnisi İbrahim Tatlısəsin vəziyyəti yenidən ağırlaşıb. Axar.az türk mətbuatına istinadən xəbər verir ki, qəbul etdiyi ağrıkəsicidən sonra vəziyyəti ağırlaşan və bu gün səhər saatlarında xəstəxanaya çatdırılan İbrahim Tatlısəsin hazırda vəziyyəti qənaətbəxşdir.
Həkimlər qəbul etdiyi ağrıkəsicinin Tatlısəsin bədənində allergiyaya səbəb olduğunu deyib.