Vyanada keçiriləcək “Eurovision-2015” müsabiqəsində Macarıstanı təmsil edəcək iştirakçının adı bəlli olub.
Lent.az xəbər verir ki, Macarıstan “A Dal 2015” milli seçim turunun nəticələrinə görə, "Boggi" qrupu ölkələrini mötəbər müsabiqədə təmsil edəcəyi müəyyənləşib. Qrup həmin yarışda “Wars For Nothing” (“Mənasız müharibələr”) kompozisiyasını səsləndirəcək.Xatırladaq ki, "Boggi" qrupu 2010-cu ildən fəaliyyət göstərir.