Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev Moskvada vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə "oxu.az"a məlumat daxil olub.
Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər.
Azərbaycan Dövlət Kukla Teatrından "oxu.az"ın sorğusuna cavab olaraq bildirilib ki, Aslan Fətullayev bağırsağında olan problemlə bağlı Moskvaya müayinəyə yollanıb. Bu gün səhər saatlarında vəfat edib.

