Prezident İlham Əliyev mədəniyyət işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, müğənni Röyalə Yaqub qızı Nəcəfova (Röya) "Əməkdar artist" adına layiq görülüb.Qaziler.az bildirir ki, Musavat.com saytına açıqlama verən müğənni bildirib ki, çox xoşbəxtdir:
"Prezidentimiz İlham Əliyevə məni bu ada layiq gördüyü üçün təşəkkür edirəm. Çox xoşbəxtəm. Mən bu yola doğru gedirdim, əziyyət çəkirdim. Əməyimə qiymət verildiyi üçün minnətdaram. Uğuruma sevinən, məni təbrik edən hər kəsə təşəkkür edirəm".