Xalq artisti Zaur Rzayevin vəziyyəti açıqlandı

Xalq artisti Zaur Rzayevin vəziyyəti açıqlandı backend

Azərbaycanın Xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.

Qaziler.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Müğənni evə buraxılsa da, vəziyyəti yenidən pisləşib və xəstəxanaya aparılıb.