Qətərli nazir Azərbaycan Xalça Muzeyinin qonağı olub

Qətərli nazir Azərbaycan Xalça Muzeyinin qonağı olub backend

Azərbaycan Xalça Muzeyi Mətbuat katibi Fuad Rəsulun QAZİLER.AZ-a verdiyi məlumata görə, Qətərin mədəniyyət naziri Xamad Bin Əbdül Əziz Əl-Kavari Azərbaycan Xalça Muzeyinin qonağı olub. 2008-ci ildə Qətərin paytaxtı Doha şəhərində yaradılan İslam İncəsənəti Muzeyində dünyanın bir çox ölkələrinin VII-XIV əsrlərə aid əlyazmaları, xalça və tekstil, zərgərlik əşyaları, bədii metal, keramika, ağac və şüşə əşyaları və digər qiymətli nümunələri saxlanıldığnı deyən Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva bildirdi ki, İslam mədəniyyətinə aid kolleksiyaların tam toplandığı həmin muzeydə Səfəvi dövrünə aid xalça da sərgilənir. Hansıki, o mədəniyyət nümunələri islam dininin tarixi və təşəkkülü ilə bağlıdır, ifadə etdiyi simvollarda islam dəyərləri təcəssüm etdirilir: “2016-cı ildə yaradılan İslam İncəsənəti Muzeyində ICOC-un iştirakı ilə Şərq xalçalarına aid beynəlxalq konfrans və qədimi xalçaların sərgisinin keçirməsini planlaşdırır. Bu layihə xalçalar üzrə beynəlxalq ekspert Mişel Frensisin rəhbərliyi altında həyata keçiriləcək. Hesab edirəm ki, tarixi və dəyəri baxımından Şərq xalçaçılığının ən gözəl nümunəsi olan Azərbaycanın xalçalarının belə bir mötəbər tədbirdə sərgilənməsi məqsədəuyğundur. İstərdim ki, təkcə həmin sərgidə deyil, İslam İncəsənəti Muzeyi ilə Azərbaycan Xalça Muzeyi arasında möhkəm mədəni əlaqələr yaransın və inkişaf etsin. Muzeyin kolleksiyası ilə tanış olaraq Azərbaycan tarixinə və mədəniyyətinə, xüsusən də xalçalarına heyranlığını ifadə edərək, muzeyin Rəylər kitabına ürək sözlərini yazdı: “Rəhm edən Allahın adı ilə. Bu böyük şəhəri və xalça muzeyini ziyarət etdiyimə görə çox xoşbəxtəm. Bu ölkəni kəşf etdim, dərin tarixə malik olduğunu öyrəndim...Burada mənə hər sənət əsəri həm də islam mədəniyyətinin nümunəsi çox gözəl təsir edir”.

Görüşün sonunda Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva müəllifi olduğu “Azərbaycan Xalçası Ensiklopediyası”nı Qətərin mədəniyyət naziri Xamad Bin Əbdul Əziz Əl-Kavariyə hədiyyə etdi.

Diaspora