Xalq artisti Şükufə Yusupovanın stasionar müalicəsi yekunlaşıb.
Qaziler.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə (qadın) zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent sentyabrın 16-da ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Xalq artisti avqustun 21-də qəzaya düşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

