Həmidə Ömərova seçki prosesindən narazıdır - VİDEO

Həmidə Ömərova seçki prosesindən narazıdır -  VİDEO backend

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.

Qaziler.az xəbər verir ki, sənətçi bu barədə APA TV-yə müsahibəsində danışıb:

"Müstəqil platformanın seçilən nümayəndəsi kimi gözləyirdim ki, mənə söz verəcəklər. Amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürsə, bunu da deməmək lazım idi.

Heyf ki, mən öz fikrimi deyə bilmədim. Alternativin irəli sürülməsinə imkan verilmədi. Mənə söz verilsə idi, öz platformamı deyəcəkdim. Artıq bunun mənası yoxdur. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm və bundan sonra da edəcəyəm".