BŞİH-in tabeliyindəki iki teatr Mədəniyyət Nazirliyinə keçirildi

BŞİH-in tabeliyindəki iki teatr Mədəniyyət Nazirliyinə keçirildi backend

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Qaziler.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.

Qeyd edək ki, Nazirlər Kabineti “Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 iyun tarixli 683 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə belə qərar verib. Fərmana əsasən, “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı BŞİH-dən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilməli idi.