"44" bədii filminin premyerasının vaxtı məlum olub

"44" bədii filminin premyerasının vaxtı məlum olub backend

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin premyerası oktyabrın 1-də baş tutacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, Heydər Əliyev Mərkəzində olacaq premyeradan sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

Anar Ələkbərov əlavə edib ki, premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində paylaşılacaq.