Xanəndə açıq ürək əməliyyatı keçirdi

Xanəndə açıq ürək əməliyyatı keçirdi backend

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov özəl xəstəxanaların birində açıq ürək əməliyyatı keçirib.

Qaziler.az xəbər verir ki, bu barədə “teleqraf.az”a xanəndənin oğlu Hüseyn Məlikov məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti normaldır.

Qeyd edək ki, Aqil Məlikov iyunun 28-dən xəstəxanaya yerləşdirilib. Onun 74 yaşı var.