Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türkiyə Cümhuriyyətinin Bakdakı səfirliyinin Mədəniyyət-Tanıtma Müşavirliyi Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə müsabiqə elan edib.
AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə əsərlərin qəbulu martın 2-dən aprelin 14-dək aparılacaq.Müsabiqəyə əsərlər şərti imza ilə çap halında 5 nüsxə olmaqla təqdim edilməlidir. Beş nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.
Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşının ildönümü günlərində AYB-də keçiriləcək mərasimdə elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək, qalib seçilən əsərlər kitab halında nəşr olunacaq.