Teatrımızın 150 yaşlı Cahangiri

Teatrımızın 150 yaşlı Cahangiri backend

Azərbaycan teatrının banilərindən olan Cahangir Zeynalovun 150 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qeyd olunub. Axar.az xəbər verir ki, yubiley mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Türkiyə və Rusiyadan gəlmiş qonaqlar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.


Mərasimi xalq yazıçısı Elçin Əfəndiyev açıb. Daha sonra Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev söz alaraq, Cahangir Zeynalovun necə dahi bir sənətkar olmasından danışıb:

“Cahangir Zeynalov kamil, müdrik və nəcib şəxsiyyət idi. Ona görə cəmiyyət, xalq ona çox böyük hörmət göstərir, sevirdi. Bugünkü nəsil də onu bu cür xatırlayır və sevir”.

Yubiley münasibətilə “Cahangirdən Cahangirə” adlı layihə hazırlanıb. Layihədə Cahangir Zeynalovun nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə Çexovun “Kalxas” əsəri əsasında hazırlanmış “Qu quşunun nəğməsi” adlı tamaşa təqdim edilib.

Xatırladaq ki, böyük sənətkar Cahangir Zeynalov 1918-ci ildə vəfat edib.
Diaspora