“Maşa və Ayı”nın rekordu: 1 milyard baxış

“Maşa və Ayı”nın rekordu: 1 milyard baxış backend

Rusiyanın məşhur cizgi filmi serialı “Maşa və Ayı” “YouTube” videohostinqində 1 milyarddan çox baxış toplayıb. İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Maşa+Kaşa” seriyası “Get Movies” portalının “YouTube”dakı kanalında 1 milyarddan çox izlənib. İlk dəfədir ki, hər hansı rusdilli rolik bu qədər baxış qazanır. Bu seriya “YouTube”a 2012-ci ildə yerləşdirilib.


Qeyd edək ki, “Maşa və Ayı” 2009-cu ildən ekranlara çıxıb və çoxlu sayda ölkədə populyar olub. 2015-ci ilin iyununda ABŞ-ın “Animation Magazine” dərgisi bu cizgi filmini klassikaya çevriləcək multseriallar sırasına daxil edib.
Diaspora