Hökumə Qurbanova ilə Nəcibə Məlikova arasındakı münasibət yaxşı olmayıb

Hökumə Qurbanova ilə Nəcibə Məlikova arasındakı münasibət yaxşı olmayıb backend

“Anamın gözlərində həmişə kədər, qəm görmüşəm, ancaq bunun səbəbini soruşanda heç vaxt danışmazdı. Ya söhbəti başqa istiqamətə yönəldər, ya da təkliyə çəkilərdi“.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər mərhum aktrisa, əməkdar artist Vəfa Fətullayevanın xatirə dəftərindəndir. Anası, böyük sənətkar Hökümə Qurbanova ilə bağlı xatirələrini qələm alan aktrisa onun Nəcibə Məlikova ilə münasibətlərindən də söz açıb:

“Bizim xoşbəxt günlərimiz də çox olub. Anam SSRİ xalq artisti adını alanda evimizə çoxlu teleqram, təbrik məktubları gəlirdi. Onların içərisində sadə kolxozçudan yüksək vəzifəli adamlara qədər var idi. Bu məktubları oxuduqca çox sevinir, anamın necə böyük aktrisa olduğunu başa düşürdüm. İnanırdım ki, o sözlər məktubları yazan insanların tam səmimi, ürəkdən gələn sözləridir. Anam buna layiq insan idi.

Nəcibə Məlikovanın anamla münasibəti yaxşı deyildi, hətta küsülü idilər, səbəbini bilmirəm. Heç vaxt da soruşmamışdım. Bütün bunlara baxmayaraq, Nəcibə xanım məni çox istəyirdi. Həmişə mənə rollarımda kömək edirdi, doğmalıq göstərirdi. Mən də onu çox istəyirdim, amma heç vaxt anamla nəyə görə küsülü olduqlarını öyrənə bilmədim”.

Qeyd edək ki, əməkdar artist Vəfa Fətullayeva 1987-ci ildə 41 yaşında vəfat edib.
Diaspora