Martın 9-dan 14-dək Azərbaycanda Tacikistan Kinosu Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kino günləri çərçivəsində “Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi Sadullo Rəhimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabovdan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaqlar.
Kino Günləri çərçivəsində Nizami Kino Mərkəzində 5 bədii və 5 sənədli film nümayiş olunacaq. Kino Günlərinin açılışı martın 10-da Nizami Kino Mərkəzində Nosib Saidovun “Müəllim” bədii filminin təqdimatı ilə baş tutacaq.