Madonna Fransanı nasist Almaniyası ilə müqayisə edib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə Fransanın Europe-1 radiosuna verdiyi müsahibədə müğənni Avropadakı nasist əhval ruhiyyəsindən narahat olduğunu və tolerantlığın aşağı səviyyədə olmasından qorxduğunu bildirib.
“Bütün bu insanlar, artan dözümsüzlük. Dəhşətdir. Bu, təkcə Fransaya yox, Avropaya da aiddir. Amma Fransa xüsusən fərqlənir. Biz elə axmaq cəmiyyətdə yaşayırıq ki, bu, məni nasist Almaniyası haqda düşünməyə vadar edir. Baş verən proseslər qorxu atmosferi yaradır”- o, deyib.