Qədir Rüstəmovun son ifası yayıldı

Qədir Rüstəmovun son ifası yayıldı backend

Dekabrın 13-ü Azərbaycanın Xalq artisti, qeyri-adi səs və ifa sahibi mərhum muğam ustadı Qədir Rüstəmovun dünyasını dəyişdiyi gündür. QAZİLER.AZ saytı Q.Rüstəmovun ölümündən əvvəl ən sonuncu ifalarından birini, bəlkə də elə ən sonuncu ifasını əldə edib.

Kadrlar 2011-ci il 30 iyunda – “Sevgililer günü” “Divani - hikmət”dəki tədbirdə lentə alınıb.

Qeyd edək ki, Xural qəzetinin təşəbbüsü ilə 2003-cü ildən başlayaraq 20 yanvar şəhidləri İlham və Fərizənin toy günü - 30 iyun Azərbaycanda “Sevgililər günü” kimi qeyd edilir.



Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır.

13 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.
Diaspora