Bakıda Tacikistan Kinosu Günləri keçiriləcək

Bakıda Tacikistan Kinosu Günləri keçiriləcək backend

Bakıda Tacikistan Kinosu Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığa dair Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na uyğun olaraq, Azərbaycan-Tacikistan qardaşlıq münasibətlərini və xalqlarımız arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədilə 2015-ci il martın 9-dan 14-dək nazirlik tərəfindən Azərbaycanda Tacikistan Kinosu Günləri keçiriləcək.

Bununla əlaqədar olaraq, "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov, Tacikistanın xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabovdan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Kino Günləri çərçivəsində Nizami Kino Mərkəzində 5 bədii və 5 sənədli film nümayiş olunacaq.

Azərbaycanda Tacikistan Kinosu Günlərinin açılışı martın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində N.Saidovun "Müəllim" bədii filminin təqdimatı ilə baş tutacaq.
Diaspora