ABŞ Hindistandan oğurlanmış heykəlləri əsrlər sonra geri qaytarıb

ABŞ Hindistandan oğurlanmış heykəlləri əsrlər sonra geri qaytarıb backend

Smitson İnstitutunun Asiya İncəsənəti Milli Muzeyi (ABŞ) daxili araşdırma nəticəsində məbədlərdən oğurlandığı təsdiqlənən təsdiqlədikdən sonra orta əsrlərə aid olan üç bürünc heykəli Hindistana qaytarıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “The Independent” qəzeti yazır.

Müəyyən edilib ki, 10-cu əsrə aid "Şiva Nataradja", 12-ci əsrə aid "Şiva Somaskanda" və 16-cı əsrə aid "Sundarar və arvadı Paravay" heykəlləri 20-ci əsrin ortalarında Hindistandan qanunsuz olaraq çıxarılıb.

Qanunsuz çıxarılmanın sübutları Pondiçerridəki Fransız İnstitutunun arxiv qeydləri və fotoşəkilləri ilə təmin edilib. Bu fotoşəkillərdə 1956-1959-cu illər arasında Tamil Naduda məbədindəki heykəllər təsvir edilib.

İki bürünc heykəl bütövlükdə vətənlərinə qaytarılacaq, lakin Hindistanla uzunmüddətli müqavilə sayəsində "Şiva Nataradja" ("Rəqs edən Şiva") Vaşinqtonda sərgilənməkdə davam edəcək.

QAZİLER.AZ