Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun solo konserti keçiriləcək. Lent.az-ın məlumatına görə, konsert sənətkarın uzun illərdir pedoqoji fəaliyyət göstərdiyi Milli Konservatoriyada olacaq. Xalq artisti dekabrın 11-də səhnəyə çıxacaq.
M. İbrahimov səhnəni tələbələri əməkdar artist Təyyar Bayramov və gənc xanəndə Arzu Əliyeva ilə paylaşacaq. Konserti “Qarabağ” muğam qrupu - tarda əməkdar artist Elçin Həşimov və Sənan Əliyev, kamançada əməkdar artist Elnur Əhmədov və Toğrul Orucov, nağarada əməkdar artist Kamran Kərimov, qanunda Aytac Vəzirova, udda Qalib Həşimov müşayət edəcək. Tədbirdə bəddi qiraət ustası əməkdar artist Azad Şükürovun da çıxışı olacaq. Konsertin rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.