Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib backend

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib.

Bu barədə Apa-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, o cümlədən baş rəssam, bədii rəhbər ştatları da ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.