Türkiyənin məşhur aktrisası, türk kinosunun sultanı adlandırılan Türkan Şoray Bakıya gəlib.
Qaziler.az bildirir ki, "Report"un xəbərinə görə,Türkan Şoray rejissoru olduğu "Uzaklarda arama" filminin Bakıda keçiriləcək qala gecəsinə qatılıb.Nizami Kino Mərkəzində keçirilən qala-gecədə Azərbaycan və Türkiyənin mədəniyyət və incəsənət xadimləri, bir sıra qonaqlar və başqaları iştirak ediblər.
Filmin nümayişindən sonra mətbuat konfransı keçirilib.
Qeyd edək ki, filmin rejissoru Türkan Şoray, baş rolun ifaçısı isə qızı Yağmur Ünaldır.
Filmdə Sevda Erginci, Mehtap Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp, Kaan Urgancıoğlu, Ekin Türkmen, Sema Keçik və başqaları çəkilib.