"İz", "Makarovlu qızlar" və "Kulaginlər" seriallarının aktyoru Dmitri Marfin 47 yaşında vəfat edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə onun həmkarı Valeriya Varçenko yanvarın 19-da məlumat verib.
"Dima Marfin bu gün vəfat edib. Trombdan avtobus dayanacağında həyatını itirib", - deyə o, VKontakte səhifəsində yazıb.
Aktyor doğma şəhəri Tolyattidə dəfn olunacaq. Dəqiq təfərrüatlar hələlik məlum deyil.
Dmitri Marfin 1978-ci ildə Tolyattidə anadan olub.
Marfin aktiv kino karyerasına 2006-cı ildə başlayıb. Onun filmoqrafiyasına "Möhtəşəm beşlik", "Makarovlu qızlar", "Mosqaz. Çerkasovun son işi", "Özününkülər", "Şef. Qayıdış" və "İz" kimi məşhur seriallar da daxil olmaqla 37 layihə daxildir.
QAZİLER.AZ



