Dünyanın aparıcı muzeylərində Azərbaycan mədəniyyəti guşələrinin yaradılması və həmin muzeylərlə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Qaziler.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Bu çərçivədə həmçinin Azərbaycanın sənədli irsinin UNESCO-nun "Dünya Yaddaşı Reyestri"nə daxil edilməsi ilə bağlı tədbirlər görülməsi də nəzərdə tutulur.
Konsepsiyaya əsasən, Azərbaycanın mədəni irs nümunələrinin təbliği, o cümlədən nüfuzlu onlayn platformalarda yerləşdirilməsi, sərgilənməsi, araşdırılması və digər qaydada tanıdılması üçün normativ hüquqi bazanın və prosedurların təkmilləşdirilməsi planlaşdırılır.
Sənəddə o da vurğulanıb ki, Azərbaycanın dünyadakı izinin araşdırılması, o cümlədən Azərbaycan mənşəli mədəni irs nümunələrinin və mədəni sərvətlərin yerləşmə xəritəsinin hazırlanması, tədqiqi və atribusiyası, habelə mümkün olduqda restitusiyası və qaytarılması ilə bağlı məsələlərin sistemli şəkildə həll edilə bilər.



