Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris ediləcək

Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris ediləcək backend

Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Qaziler.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Belə ki, 2026–2030-cu ilə qədər mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisi təmin edilməlidir.

İcraçı qurumlar Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyidir.