Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmasına münasibət bildirib.
Oxu.Az-a açıqlama verən Cahangir Novruzov xəbərin onun üçün gözlənilməz olduğunu deyib.
"Mənim üçün çox gözlənilməz və xoş bir xəbər oldu. İmtahandan gəlmişəm və xəbəri elə indicə Diaspora Komitəmizdən zəng edib dedilər. İlk sözüm də o oldu ki, "yenə nə etmişəm belə?" (gülür-red). Cənab Prezidentə ayırdığı diqqətə görə təşəkkür edirəm. Bilmirəm fikrimi necə izah edim, o qədər işin, siyasətin içində mən də yada düşmüşəmsə, buna ancaq sevinə bilərəm. Təşəkkürümü məktub vasitəsi ilə cənab Prezidentə çatdıracam. Sevinən bütün dostlar çox sağ olsunlar. Hər kəsə minnətdaram", - deyə C.Novruzov bildirib.



