Tanınmış türk rejissoru, ssenarist, Osman Sınav ölkəmizdə qonaqdır. Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Film Fondunda qonaq olan rejissor Fondun binası ilə yaxından tanış olub. Ona Film Fondunun muzeyi, kino avadanlıqları nümayiş etdirilib.
Film Fondu ilə tanışlıqdan sonra O.Sınav Azərbaycan və Türkiyə kinematoqrafiyasının ortaq tərəflərindən danışıb. Rejissor bildirib ki, gələcəkdə Azərbaycanla ortaq film çəkmək arzusundadır."Report"un xəbərinə görə, tanınmış rejissor Bakıya "Türkiyə Kino Günləri"nin açılışında iştirak etmək üçün gəlib.
1990-cı ildən televiziya filmləri çəkməyə başlayan O.Sınav "Dəli ürək" adlı dizisi ilə məşhurlaşıb. Kənan İmirzalıoğlunu kəşf edən rejissor "Əkmək təknəsi", "Acı həyat" və "Qurdlar vadisi" serialları ilə daha çox tanınıb. "Qurdlar Vadisi" serialının 55 bölümü O.Sınavın quruluşunda ekranlaşdırılıb.