Kukla ustası və aktyor Denni Siqren 81 yaşında vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Variety” jurnalı sənətçinin ailəsinə istinadən məlumat yayıb.
Siqren "Sesame Street" televiziya serialında kukla ustası olub, Rita Moreno və Morqan Frimanın baş rolda çəkildiyi məşhur uşaq şousu "Electric Company"də oynamış və televiziyada çıxış edən ilk hörümçək adam rolunu canlandırıb.
Məlumatda aktyorun noyabrın 10-da vəfat etdiyi qeyd edilib. Ölüm səbəbi açıqlanmayıb.
Siqren 15 noyabr 1943-cü ildə Minneapolisdə anadan olub.
QAZİLER.AZ



