Avropa ölkələrindən olmayan turistlər üçün Parisdəki Luvr muzeyinə giriş rüsumları 45% artacaq.
"Report"un məlumatına görə, bu barədə "AFP" agentliyi Fransa muzeyinin rəhbərliyinə istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, biletlər bu turistlərə 32 avroya başa gələcək.
Qiymət artımının 2026-cı il yanvarın 14-dən qüvvəyə minməsi və Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrdən (Avropa İttifaqı, İslandiya, Lixtenşteyn və Norveç) gələn turistlərə şamil ediləcəyi gözlənilir. Bu tədbir Fransa hökuməti tərəfindən təsdiqlənib.



