“Oskar” kino mükafatçısı aktrisa Lülita Nionqonun 150 min dollarlıq geyimi oteldə qaldığı otaqdan oğurlanıb. Lent.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, aktrisa məhz oğurlanan geyimdə “Oskar” mükafatının təltif edilmə mərasimində iştirak edib.
Bahalı mirvarilər ilə bəzədilmiş geyim aktrisa oteldə qaldığı otağı tərk edəndən dərhal sonra oğurlanıb. Hazırda polis cinayətkarın axtarışı ilə məşğuldur.