Robert De Nironun vergi xidmətinə 6,4 milyon dollar borcu var

Robert De Nironun vergi xidmətinə 6,4 milyon dollar borcu var backend

Amerikalı aktyor Robert De Nironun vergi xidmətinə 6,4 milyon dollar borcu yaranıb. Musavat.com xəbər verir ki, bu barədə "New York Daily News" yazıb.

Federal xidmətin əməkdaşları aktyora xəbərdarlıq məktubu yollayıblar. Məktubda deyilir ki, öhdəlik yerinə yetirilməsə, Robert De Nironun Manhettendəki əmlakı üzərinə həbs qoyula bilər.

"Qızıl qlobus" və iki "Oskar" mükafatı laureatı Robert De Niro 2002-ci ildən Nyu-Yorkda keçirilən "Traybeka" kinofestivalının yaradıcılarından biridir.
Diaspora