Azərbaycandilli “Vikipediya”da müasir incəsənət ayına başlanılıb

Azərbaycandilli “Vikipediya”da müasir incəsənət ayına başlanılıb backend

Azərbaycandilli “Vikipediya” dekabr ayında müasir incəsənətlə bağlı məlumatlarla zənginləşdiriləcək. AZƏRTAC “Vikipediya”ya istinadən xəbər verir ki, “Müasir incəsənət ayı” - “Mövzulu ay” layihəsinin bir hissəsi kimi müasir incəsənət haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.


Layihə iştirakçıları “az.wikipedia.org/wiki/Vikipediya:Mövzulu_ay/Müasir_incəsənət_ayı/Plan” səhifəsində nəzərdə tutulan, həmçinin orada olmayan, lakin müasir incəsənətlə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər. Bu layihə “Azərbaycan vikipediyaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.

Qeyd edək ki, “Vikipediya”nın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilli və ingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat mövcuddur.
Diaspora