15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edildi

15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edildi backend

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Özbəkistanda keçirilən 43-cü konfransında dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib.

Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, ötən həftə Səmərqənddə başlayan tədbirə 194 ölkədən 5 000-dən çox iştirakçı qatılıb.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edilməsi ilə bağlı təklifi müzakirələrdən sonra təsdiq edilib.

Tədbirdə çıxış edən Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi Gülnur Aybet türk dili ailəsinin təbliği üçün bütün türk dövlətlərinin birgə hazırladığı təklifi təqdim edən ölkələrə təşəkkürünü bildirib.

O, 200 milyondan çox insanın danışdığı türk dilinin əsrlər boyu ortaq tarix və dəyərlərə malik olduğunu vurğulayıb.