Qədim miniatür sənəti maraq doğurur

Qədim miniatür sənəti maraq doğurur backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəyərli sənət nümunələri içərisində Təbriz, Marağa rəssamlıq məktəblərinə mənsub nəfis miniatürlər hər zaman diqqəti cəlb edir.

Muzeyin ənənəvi elmi seminar məşğələlərindən daha biri, məhz qədim miniatür sənəti haqqında olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, orta əsrlərdə Yaxın Şərqin digər ölkələrində olduğu kimi, Azərbaycanda da mədəniyyətin inkişafına, dünyəvi ədəbiyyata və incəsənətə maraq, əlyazma kitablarına bədii tərtibat verilməsi və illüstrə edilməsi ehtiyacını doğurmuşdu.

Tədbirdə muzeyin elmi inkişaf və tədris layihələri şöbəsinin elmi işçisi Tutu Məmmədova məruzə ilə çıxış edib.

Məruzəçi dünyanın müxtəlif muzey və kitabxanalarında qorunan “Şahnamə”, “Came ət-təvarix”, “Xəmsə”, “Vərqa və Gülşa” kimi əlyazmalarını bəzəyən zərif miniatürlər barədə ətraflı məlumat verib, Təbriz rəssamlıq məktəbinin məşhur rəssamlarından olan Soltan Məhəmmədin dövrü, şəxsiyyəti, yaradıcılığı ilə muzey əməkdaşlarını tanış edib.
Diaspora