Prezident yanında Bilik Fondu Dövlət Texniki Universitetində "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə "Kitabi-Dədə Qorqud - Fon Dits -200" mövzusunda tədbir keçirib.
Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, rektor, əməkdar elm xadimi, professor Havar Məmmədov, AMEA-nın müxbir üzvü, Folklor İnstitunun direktoru Muxtar İmanov iştirak edib.Tədbiri Universitet rektoru Havar Məmmdəov Bilik Fondunun texniki təmayüllü ali məktəblərdə də Dədə Qorqudla bağlı tədbirlər keçirməsini alqışlayıb.
Fondun aparat rəhbəri İsaxan Vəliyev təmsil etdiyi qurumun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən danışıb.
Folklor İnstitunun direktoru Muxtar İmanov “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, onun dünya folklorunda və dastanşünaslığında özünəməxsus yerinin olduğunu vurğulayıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq reallaşdırılıb.