Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə iyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.
Qaziler.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bildirilib ki, iyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.
Konsert proqramlarına giriş sərbəstdir.
Qeyd edək ki, bu festival Qəbələ şəhərində 2009-cu ildən ənənəvi olaraq hər il yay aylarında keçirilir.