Bakıda “Kələğayı günü” qeyd edilib

Bakıda “Kələğayı günü” qeyd edilib backend

Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçirilib. Lent.az-ın məlumatına görə, sərgini Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi Röya xanım Tağıyeva giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyi və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birgə fəaliyyəti nəticəsində 2014-cü il 24 noyabr tarixində YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bununla da, xalqımızın milli-mənəvi dəyərləri sistemində və adət-ənənələrimizdə kəlağayımızın mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlənib. Bu münasibətlə də noyabrın 24-ü Azərbaycanda Milli Kələğayı Günü kimi qeyd edilir.

Tədbirdə Bakı Dövlət Universitetinin Psixalogiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova və Sənətşünaslıq üzrə professor Səbirə Dünyamalıyeva Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, onun nümayişi və təbliğini daim həyata keçirilməsi, xalqımızın qədim milli irsini qoruyub yaşatmaq və gələcək nəsillərə ötürlməsinin vacibliyindən söz açıblar.

Sərgidə gənc kolleksiyaçılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi kolleksiyasından olan nümunələr nümayiş etdirilib. Təqdim edilən geyimlər Şamaxı, Qarabağ, Bakı, Naxçıvan və digər bölgələri əhatə edir. Burada 250-dən artıq həm kişi, həm qadın, eləcə də uşaq geyimləri, milli geyimin ayrılmaz hissəsi olan tikmə nümunələri sərgilənir.

Ekspozisiyada nümayiş edilən kolleksiyada XVIII-XIX əsrləri əhatə edən çoxlu sayda müxtəlif tikmə, zərgərlik nümunələri, Azərbaycanın müxtəlif regionlarına mənsub olan milli geyim, geyim elementləri və baş örtükləri saxlanılır.

Tədbir çərçivəsində muzeyin Uşaq şöbəsi face-art proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstərilib.

Sərgi çərçivəsində muzeydə həmçinin uşaqlar üçün kələğayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi, trafaretin üzərinin rənglənməsi də nümayiş etdirilib. Sərginin sonunda kələğayı günü münasibətilə qonaqlara Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, əmkdar artistlər Fərqanə Qasımova , Ədalət Şükürov, saz ifaçısı Azər Xanlaroğlunun həçinin “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov, Sədəf Budaqovanın və digər gənc müğənilərin ifasında konsert proqramı təqdim olunub.

“Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi bir ay davam edəcək.
Diaspora