Azərbaycanda da minlərlə tamaşaçısı olan Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının qəhrəmanlarından biri ölüb. ANS PRESS-in məlumatına görə, filmdə Süha Tarık obrazını canlandıran İsmayıl Aydın dünyasını dəyişib. Aktyorun ölümnə səbəb infarkt olub. Bu barədə məlumatı filmin istehsalçı şirkəti olan "Pana Film" "Kurtlar Vadisi Pusu"nun Tvitter səhifəsində paylaşıb. "Başımız sağ olsun. Dəyərli könül dostumuz, ailəmizin böyüyü İsmayıl Aydın bu səhər keçirdiyi infarkt nəticəsində haqqın rəhmətinə qovuşub. Ona Allahdan rəhmət, yaxınlarına səbr diləyirik".
Süha Tarık serialda Polad Alemdarın (Necati Şaşmaz) atası Ömər Baba-nın sirrini bilən şəxs kimi baş rol ifacısının qarşısına çıxmışdı.İlk olaraq adı olan "Kurtlar Vadisi" 2003-cü ildən yayımlanır. Serial Türkiyədəki mafia fəaliyyətləri və dövlət-mafia əlaqələri əsasında çəkilib. Dünya gündəmində olan bir sıra siyasi proseslər də serialda öz əksini tapır.
Serial yayıma başlayandan dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda böyük tamaşaçı kütləsi qazanıb.
Filmin "Kurtlar Vadisi terror", "Kurtlar Vadisi İraq", "Kurtlar Vadisi Fələstin"kimi bölümləri də çəkilib.
Serial yayıma başlayan gündən baş rolun ifaçısı olan Polad Alemdar dəfələrlə ölümdən dönüb. Hətta bir müddət əvvəl o, çəkiliş zamanı qəzaya uğrayıb. Aktyorun çənəsi sınıb. Bir neçə həftə çəkilişdən uzaq qalan aktyor yenidən seriala qayıda bilib.