Erməni qarmon ifaçısının Azərbaycan mahnılarından ibarət popurini mənimsəməsinin qarşısı alınıb

Erməni qarmon ifaçısının Azərbaycan mahnılarından ibarət popurini mənimsəməsinin qarşısı alınıb backend

“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və https://www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirmişdir. G.Stepanyan mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.

Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyanın ifası Youtube-nin qeyd edilən səhifəsindən silinib.

Diaspora