Kinoteatrlarda “Bizim kino günləri” keçiriləcək

Kinoteatrlarda “Bizim kino günləri” keçiriləcək backend

Noyabrın 20-dən etibarən bütün kinoteatrlarda “Azərbaycanfilm” kinostudiyasının son illər istehsal etdiyi filmlər nümayiş olunacaq. Kinostudiyadan musavat.com-a verilən məlumata görə, “Bizim kino günləri” çərçivəsində kinoteatrlarda “Axınla aşağı”, “Yarımçıq xatirələr”, “Dərs”, “Nabat” filmləri göstəriləcək.

Filmlərin yaradıcı heyətini təqdim edirik:
“Axınla aşağı” - dram, 90 dəq
Rejissor: Asif Rüstəmov
Baş rollarda: Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov.
“Nabat” - dram, 105 dəq
Rejissor: Elçin Musaoğlu
Baş rollarda: Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov.
“Dərs” - uşaq filmi, ailə filmi, 110 dəq
Rejissorlar: Rafiq Əliyev, Cavid Təvəkkül
Baş rollarda: Aliyə Əliyeva, Ayna Zərbəliyeva, Tamerlan Ağayev, Rəşid Əliyev, Nazim İbrahimov, Mənsurə Əhmədova.

“Yarımçıq xatirələr” - hərbi dram, döyüş, 115 dəq Rejissor: Elxan Cəfərov
Baş rollarda: Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze.
Diaspora