Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Cavanşir Rəhimov və Sərdar Səfərova həsr edilən iki sənədli film nümayiş etdiriləcək. Nizami Kino Mərkəzinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, filmlər noyabrın 23-dən 30-dək tamaşaçılara göstəriləcək.
Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr edilən "Cavanşir" sənədli filminin quruluşçu rejissoru Kəmalə Musazadə, Sərdar Səfərova həsr edilən "Portret" filminin quruluşçu rejissoru Fariz Əhmədovdur.