İspandilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatı “Servantes”in 30-cu sahibinin adı açıqlanıb. AZƏRTAC “Le Monde”yə istinadən xəbər verir ki, mükafatın sahibi meksikalı yazıçı Fernando del Paso olub.
Fernando del Paso Meksikada anadan olub. İqtisadi təhsil alsa da, o, reklam agentliyində işləyib. Həm də yazıçı olan Fernandonun ən məşhur əsərləri “Xose Triqo”, “Meksikalı Plinur” və “İmperiyadan xəbərlər” adlanır.Qeyd edək ki, 125 min avro dəyərində mükafat Fernando del Pasoya 2016-cı il aprelin 23-də Migel de Servantesin vəfatı günü İspaniya kralı VI Felipe tərəfindən təqdim ediləcək.